REGİONLAR


Saatlıda yeni texnologiya əsasında tərəvəz yetişdirilir

Saatlı, 26 aprel, Mahir Babayev, AZƏRTAC 

Saatlının Qaralar kəndində 7 hektar sahədə yeni texnologiya əsasında tərəvəz bitkiləri yetişdirilir. Hazırda sahəyə kələm, bibər və pomidor şitilləri köçürülür. Əkin zamanı məhsuldar sortlara üstünlük verilir.

Torpaq mülkiyyətçisi, təcrübəli təsərrüfatçı Ələsgər Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, o, ötən il bu üsulla tərəvəz yetişdirib və yaxşı nəticə əldə edib.

“Bu mövsüm 7 hektar sahədə tərəvəz əkini aparmağı planlaşdırmışıq. Bunun üçün əvvəlcədən münbit torpaq sahəsi seçilib. Daha sonra sahə əkinə hazırlanıb, damla üsulu suvarma sistemi quraşdırılıb. Sonra isə xüsusi şəraitdə yetişdirdiyimiz şitilləri sahələrə köçürməyə başlamışıq. Artıq kələm və bibər şitillərinin əkini başa çatıb. Hazırda sahələrə pomidor şitilləri köçürürük. Açıq şəkildə əkilən şitillərlə yanaşı, örtükaltı əkin də həyata keçirmişik. Sınaq üçün həmin örtüklərdə bir neçə növ tərəvəz yetişdiririk. Əgər yaxşı nəticə əldə etsək, gələcəkdə bu üsula geniş yer verəcəyik”, –deyə fermer qeyd edib.

Məhsul istehsalçısı onu da qeyd edib ki, əgər əlaqədar təşkilatlardan lazımi dəstək ala bilsə, gələcəkdə əkin sahəsini ikiqat artırmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.