Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Naxçıvan, 1 may, AZƏRTAC

Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə festival iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay açılış tədbirində iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılışı münasibətilə iştirakçıları təbrik edib, şahmatçıları və qonaqları salamlayaraq deyib: Azərbaycanda tarixən şahmat geniş yayılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə şahmat daha da inkişaf etdirilmiş, bu idman növü gənc nəslin intellektual potensialının formalaşdırılmasına öz töhfəsini vermişdir.

Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan o ölkələrdəndir ki, şahmat dövlət səviyyəsində himayə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Hər il muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi isə Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevirmişdir. Artıq muxtar respublikada reytinqli şahmatçılar yetişir. Hazırda Naxçıvanda bir qrossmeyster, iki beynəlxalq şahmat ustası, üç FİDE ustası, bir beynəlxalq hakim və bir FİDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Gənc şahmatçılardan üçünün adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülmüşlər.

"Hər il olduğu kimi, bu il də “Naxçıvan - 2019” Beynəlxalq Şahmat Festivalı iştirakçılarının kütləviliyi ilə fərqlənir", - deyən Ali Məclisin Sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliklə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalını açıq elan edib, idmançıların hər birinə qələbə arzulayıb.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək deyib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın maddi-texniki bazasının gücləndirilməsi və bu sahədə qazanılan nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə digər idman növləri kimi, şahmat da inkişaf edib. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də idmanın, o cümlədən şahmatın inkişafına xüsusi diqqət yetirir. Azərbaycan dünyada şahmatın inkişafına dair Dövlət Proqramı qəbul edən ilk ölkədir. Bu, şahmatın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Artıq gənclərin zehni inkişafında mühüm vasitə olan şahmat ölkəmizdə çox sevilən idman növünə çevrilib. Azərbaycanda şahmat üzrə yüksək səviyyəli beynəlxalq turnirlər, o cümlədən Naxçıvanda Ulu Öndərin doğum gününə həsr olunmuş beynəlxalq şahmat festivalı keçirilir.

Azərbaycan Respublikası Şahmat Federasiyasının sədri Elman Rüstəmov çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə şahmatın inkişafına dövlət səviyyəsində qayğı göstərib. Dahi rəhbərin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanda digər sahələrlə yanaşı, şahmatın da davamlı inkişafına, tədrisinə və kütləviliyinə səbəb olub. Bu gün Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Kişi və qadınlardan ibarət milli komandalarımız beynəlxalq şahmat yarışlarında uğurlar qazanırlar. Eyni zamanda, Azərbaycanda şahmat üzrə mötəbər beynəlxalq yarışlar keçirilir. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə isə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi, eləcə də hər il ənənəvi olaraq Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalının təşkil edilməsi bunu bir daha təsdiq edir. Bu gün Naxçıvanda yaradılan şahmat infrastrukturu, şahmatın inkişafı və tədrisi sahəsində görülən işlər nümunə gücündədir. Azərbaycan Respublikasının Şahmat Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası arasında əlaqələrin gücləndirilməsi isə perspektivli şahmatçıların üzə çıxarılmasına töhfə verir. Elman Rüstəmov muxtar respublikada şahmatı hərtərəfli himayə etdiyinə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay Naxçıvanda olmaqdan və şahmat festivalının təşkilindən böyük məmnunluq duyduğunu bildirərək deyib: "Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə onun vətənində keçirilən beynəlxalq şahmat festivalı mühüm əhəmiyyətə malikdir. Ölkələrimiz arasındakı əlaqələrin uğurlu inkişafı bir çox sahələrlə yanaşı, idmanı da əhatə edir. Xüsusilə şahmat sahəsindəki əməkdaşlıq məmnunluq doğurur. Türkiyədə şahmat inkişaf edir. Bu işdə Azərbaycan şahmatçılarının, şahmat müəllimlərinin və ustalarının böyük əməyi vardır. Naxçıvandakı şahmat məktəbləri örnək və nümunə kimi qəbul edilir. Ona görə də Naxçıvanda şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq səviyyədə tanıdılmalı və təbliğ olunmalıdır".

Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov deyib ki, Naxçıvanda şahmat festivalı yüksək səviyyədə təşkil olunur. 9 ildir keçirilən festival Beynəlxalq Şahmat Federasiyasının təqviminə ən yaxşı festival kimi daxil edilib. Hər il festivalda dünya və Avropa çempionları, beynəlxalq reytinqli və istedadlı gənc şahmatçılar iştirak edirlər. Bu da onu göstərir ki, beynəlxalq şahmat ictimaiyyəti festivala mühüm əhəmiyyət verir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə təşkil olunması yarışların uğurla keçirilməsinə əminlik yaradır.

Bildirilib ki, “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında 14 ölkədən 356 şahmatçı iştirak edir. Festivalda iştirak edən şahmatçılar arasında 20 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta və 15 FİDE ustası vardır.

Sonra şahmat festivalının püşkü atılıb.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.

X X X

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir