Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

28 may – Respublika Günü Küveytdə qeyd edilib

Bakı, 2 may, AZƏRTAC

Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 28 may - Respublika Günü və ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təntənəli rəsmi qəbul keçirilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Qəbulda əsas qonaq qismində Küveytin iqtisadi məsələlər üzrə dövlət naziri xanım Məryam əl-Aqil, həmçinin bu ölkənin dövlət və hökumət nümayəndələri, hakim ailənin nüfuzlu üzvləri, deputatlar, Xarici İşlər Nazirliyinin əməkdaşları, tanınmış ictimai-siyasi xadimlər, burada akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin, türk icmasının üzvləri və aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, səfir Elxan Qəhrəman çıxış edərək 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açıb. Diplomat Cümhuriyyətin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu, 28 may tarixinin hər il Respublika Günü kimi təntənəli şəkildə qeyd edildiyini bildirib. E.Qəhrəman Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həmçinin bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırıb. Bildirib ki, Cümhuriyyət uzun ömür sürməsə də, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut edib.

Səfir, həmçinin Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməsindən sonra əldə olunmuş uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib.

O, son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, respublikamızda siyasi, iqtisadi, mədəni, turizm sahələrində müşahidə olunan sürətli inkişaf, habelə ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini qeyd edib, Küveytin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamentinin erməni təcavüzünü qınayaraq, erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini də diqqətə çatdırıb.

Sonra səfir cari ildə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edildiyini, 1919-cu ildə Azərbaycan diplomatiyasının ilk addımlar atdıqdan sonra ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna da daxil olmaqla, 16 ölkənin diplomatik nümayəndəliyinin Bakıda fəaliyyət göstərdiyini deyib. Vurğulayıb ki, 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair qəbul olunmuş müvəqqəti təlimat əsas götürülərək, 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. O, Azərbaycanın xarici siyasət sahəsində böyük uğurlar əldə etdiyini, ölkəmizin xarici siyasətinin regionda və dünyada mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq ruhuna malik olduğunu diqqətə çatdırıb.

Səfir cari ildə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirib, 1994-cü il oktyabrın 10-da ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması haqqında protokolun imzalandığını xatırladıb. Bildirib ki, hazırda Azərbaycan ilə Küveyt arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri uğurla inkişaf edir, dövlət rəsmiləri və işgüzar dairələrin nümayəndələri qarşılıqlı səfər mübadilələri həyata keçirirlər. E.Qəhrəman 2018-ci ilin ikitərəfli səfərlər baxımından çox əhəmiyyətli olduğunu qeyd edərək, ötən il Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı Milli Məclisdə keçirilmiş təntənəli iclasda iştirak etmək məqsədilə Küveyt Millət Məclisinin (Parlament) Sədri cənab Mərzuq Əl-Gənimin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Küveytə səfər etdiyini diqqətə çatdırıb.

Bundan başqa səfir E.Qəhrəman yerli kütləvi informasiya vasitələrinə də müsahibə verib.

İqtisadi məsələlər üzrə dövlət naziri Məryam əl-Aqil KİV-lərə müsahibəsində 28 may - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Küveyt Dövlətinin Baş naziri və bütün hökumət üzvləri adından ölkəmizi və Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində və diplomatik nümayəndəliklərində çalışan bütün əməkdaşlarını təbrik edib. O, Azərbaycana daim sülh və əmin-amanlıq arzu edib. Ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə sahib olduğunu, son illərdə Azərbaycan ilə Küveyt arasında bir çox sahələrdə əlaqələrin inkişaf etməsindən məmnun olduqlarını bildirib.

Tədbirin keçirildiyi zalda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, dövlət quruculuğunu, dövlət rəmzlərini əks etdirən foto və videomateriallar nümayiş olunub. Həmçinin ölkəmizin mədəniyyəti, turizm imkanları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab, buklet və broşürlər, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş loqo, eləcə də respublikamızın yeni milli turizm brendinin loqosu, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, səfalı turizm guşələri barədə ərəb və ingilis dillərində videoçarxlar nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

AMEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Litvada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

ANAMA nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Fərid Səfərli Azərbaycana qaytarılıb

Latın Amerikası mətbuatı 20 Yanvar faciəsindən yazıb

20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub

Ümumxalq Hüzn Günü Düşənbədə qeyd olunub

İspaniya mətbuatı: Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”dən ayrılmaq qərarına gəlib

“Mançester Yunayted” 131 ildən sonra antirekordunu təkrarlayıb

Sarayevoda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Böyük Britaniyanın xarici işlər naziri: ABŞ-ın Çaqos adaları razılaşmasını yenidən nəzərdən keçirməsi doğrudur

Ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin şərəf və qəhrəmanlıq salnaməsi

“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub

20 Yanvar şəhidlərinin xatirəsi Gürcüstanın bölgələrində də ehtiramla anılıb

Əlcəzairdə 20 Yanvar faciəsi geniş şəkildə yad edilib

Gürcüstanın Bolnisi və Qardabani rayonlarında 20 Yanvar şəhidlərin xatirəsi anılıb

Azərbaycan nümayəndə heyəti Qarsdan Naxçıvan sərhədinədək dəmir yolunun tikintisi layihəsi ilə tanış olub

Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib

Sankt-Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

“Kəpəz”in kapitanı: Tovuzda heç kim bizdən bu hesabı gözləmirdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb VİDEO

Batumidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət olunub

Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

“Fənərbağça” braziliyalı futbolçu ilə anlaşdı, bu gecə İstanbula gəlir

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Xankəndi ağ örpəyə bürünüb

Nazir: Azərbaycan ABŞ-la qarşılıqlı hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Cənubi Koreya özünün “Dəmir günbəz”ini yaradır

Astanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib

Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib VİDEO

Göyçayda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AFFA rəsmisi: Futbolumuzda inkişafa nail olmaq üçün böyük məsafə qət etməliyik

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

20 Yanvar şəhidlərinin xatirəsi Haaqada ehtiramla anılıb

İsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Böyük Britaniyada ilk dəfə göz yuvasından şiş çıxarılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

20 Yanvar azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsidir

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Daşkəsəndə Şəhidlər xiyabanı ziyarət olunub

Bakı Dövlət Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvar hadisələri zamanı şəhid olan sumqayıtlı alimlərin xatirəsi yad edilib

Gəncədə Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

FHN: Qəbələdə dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib VİDEO

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

Türkiyənin Hələb Baş konsulluğu yenidən fəaliyyətə başlayıb

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar şəhidinin atası: Oğlum əmisinin yolu ilə gedib, xalqına xidmət etmək istəyirdi

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram... FOTOREPORTAJ

İlqar Əliyev: Azərbaycanlıların Yanvar qətliamına görə etiraz səsini ucaltması hərbi hissə rəhbərliyini təşvişə salmışdı

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Zaqatalada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Prokurorluq əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

Basketbol üzrə Azərbaycan millisinin üzvü yığmadakı karyerasını bitirib

Şəhidlərin xatirəsinə ehtiram

Gürcüstanda 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla anılıb

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı metrosunda qatarlararası intervalların azaldılması üçün atılacaq addımlar açıqlanıb

İmişlidə Şəhidlər xiyabanı ziyarət olunub VİDEO

AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Vüsal Aslanov: Metronun 4 kəsişmə stansiyası olacaq VİDEO

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik VİDEO

Komitə sədri İqdır valisi ilə görüşüb

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib VİDEO

Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib VİDEO

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

Nizami rayonuna suyun verilməsi məhdudlaşdırılacaq

Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib VİDEO

Moldova Prezidenti Dnestryanı bölgəyə energetika böhranını aşmaq üçün kömək etməyə hazır olduğunu bildirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Ukrayna Milli Bankı qrivnanın məzənnəsini sabit saxlamaq üçün bir milyarddan artıq dollar satıb

Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar xalqımızın milli azadlıq hərəkatının zirvəsidir

Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

Naxçıvanın ilk və tək qazi qadını: 77 könüllü Vətən oğlunun tək bacısı mən idim

Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub

MSK sədri: Bələdiyyə seçkilərində 23 siyasi partiya iştirak edir VİDEO

Sərhədçilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər