MƏDƏNİYYƏT


Azərbaycan Gürcüstanda keçiriləcək rəsm sərgisində təmsil olunacaq

Tbilisi, 16 may, AZƏRTAC

Mayın 17-də Gürcüstan paytaxtında Tbilisi incəsənət sərgisi (Tbilisi Art Fair) açılacaq.

AZƏRTAC xəbər verir ki, 16 ölkədən 33 qalereya və 38 rəssamın qatılacağı beynəlxalq sərgidə Azərbaycan da təmsil olunacaq. İştirakçı ölkələr arasında Gürcüstanla yanaşı, Azərbaycan, Fransa, İtaliya, Bolqarıstan, Serbiya, İsveçrə, Avstriya, Çin, ABŞ, Kuba, Belçika, Almaniya, İspaniya, Portuqaliya və Litva da var.

Mayın 19-dək davam edəcək sərgi iki pavilyonda təşkil olunacaq. Pavilyonların birində yerli və xarici ölkələrin qalereyalarının əsərləri sərgilənəcək, digərində isə iştirakçı rəssamlar üçün seminarlar təşkil olunacaq.

Tədbir Gürcüstan hökuməti və Tbilisi meriyasının dəstəyi ilə keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.