ELM VƏ TƏHSİL


Peşəyönümü işinin təbliği istiqamətində tədbirlər davam edir

Bakı, 16 may, AZƏRTAC 

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, peşəyönümü işinin təşkili və təbliği ilə əlaqədar olaraq bu gün Xətai rayonunda yerləşən 204 nömrəli tam orta məktəbin bir qrup şagirdi mərkəzdə ekskursiyada olub. Mərkəzin maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.