İDMAN


“Sumqayıt” klubu Azərbaycan kubokunun finalına ciddi hazırlaşır

“Sumqayıt, 17 may, AZƏRTAC

“Sumqayıt” futbol klubu ilk dəfə olaraq Azərbaycan kubokunun finalında mübarizə aparacaq.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, klub “Kapital Bank Arena”da final qarşılaşmasına ciddi hazırlaşır. Futbolçular final oyununda qələbə qazanmaq əzmindədirlər. Komanda da xoş əhval-ruhiyyə var.

Qeyd edək ki, mayın 19-da Naxçıvan Muxtar Respublikasında keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.