DÜNYA


Türkiyədə yeraltı şəhər tapılıb

İstanbul, 19 may, AZƏRTAC

Türkiyənin ən vacib mədəniyyət və turizm mərkəzlərindən biri olan Kapadokyada köhnə bir evin altında qədim yeraltı şəhərin girişi tapılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Nevşehir şəhərinin Derinkuyu rayonunda tapılan yeraltı şəhərin uzun bir dəhlizdən sonra sağa və sola ayrıldığı və bir neçə girişinin olduğu bildirilir.

Hələ ki, tarixin hansı dövrünə aid olduğu bilinməyən tapıntının öyrənilməsi istiqamətində işlər aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.