SİYASƏT


Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb

Kiyev, 20 may, AZƏRTAC

Mayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil edirlər.

Andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak edirlər.

Andiçmə başa çatdıqdan sonra Mariinski Sarayında Ukraynanın Silahlı Qüvvələrinin iştirakı ilə dövlət bayrağının qaldırılması mərasimi və xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçiriləcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.