SİYASƏT
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
Varşava, 20 may, AZƏRTAC
Varşavada Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi və milli bayram-Respublika Günü münasibətilə keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, polşalı publisist və jurnalist Yasek Potoskinin “decydent.pl” saytında yerləşdirilən məqaləsində tədbir barədə məlumat verilib. Yazıda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan, Azərbaycan-Polşa münasibətlərinin tarixindən və ölkələrimiz arasındakı əlaqələrdən danışılır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya son səfəri də xatırlanıb və bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfəsi vurğulanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava