ELM VƏ TƏHSİL


“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının yeni nömrələri nəşr olunub

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti nömrələri çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu nömrəsində “Mətnşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “Kitabşünaslıq”, “Dilçilik”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları yer alır. Bu nömrədə professor Paşa Kərimovun, filologiya üzrə elmlər doktoru Kamandar Şərifovun və bir çox tədqiqatçıların məqalələri dərc olunub.

“Elmi əsərlər”in bu nömrəsində yer alan məqalələr isə ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq sahələrini əhatə edir. Mövzular üzrə yerli, həmçinin Rusiya, Belarus, Özbəkistan və Ukraynadan olan tədqiqatçıların araşdırmaları bu nömrədə təqdim olunur.

Qeyd edək ki, hər iki jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.