İQTİSADİYYAT


Ölkədə 4 ayda 224,8 milyon manatlıq hazır metal məmulatı istehsal olunub

Bakı, 20 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 224,8 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 4,8 faiz artım, metallurgiya sənayesində 16,7 faiz azalma müşahidə olunub.

Həmin dövr ərzində sahə üzrə 4418,1 ton (72,6 faiz çox) qara metallardan digər konstruksiyalar, 13,1 min ton (17,1 faiz çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.