İDMAN


Həmyerlimiz Birləşmiş Ərəb Əmirliklərinin idman rəsmiləri tərəfindən mükafatla təltif olunub

Bakı, 20 may, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarja Qadın və İdman Fondu, bu ölkənin Milli Olimpiya Komitəsi və İdman Nazirliyinin təşkilatçılığı ilə qadınlara həsr olunmuş “11-ci Ramazan turniri” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin üzvü, Qadın və İdman Komitəsinin rəhbəri Könül Nurullayeva təmsil edib.

K.Nurullayeva tədbir çərçivəsində Şarja Qadın və İdman Fondunun prezidenti, Şarja idman konsulluğunun rəhbərliyi, BƏƏ-nin İdman Nazirliyi və MOK-un rəsmiləri ilə görüşüb. Görüşlərdə K.Nurullayeva 2020-ci ildə BƏƏ-də İHİF-in bayrağı altında qadın liderlərin beynəlxalq forumunun keçirilməsi təklifini irəli sürüb. Həmçinin tədbirin təşkilati məsələləri müzakirə olunub və ilkin hazırlıqlara dərhal start verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, 2020-2021-ci illərdə İHİF-in dəstəyi ilə qadınlar arasında idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi məsələləri də müzakirə olunub.

Tədbirin yekununda K.Nurullayeva Şarja Qadın və İdman Fondunun prezidenti tərəfindən təşkilatın fəaliyyətinə verdiyi yüksək töhfələrə görə mükafatla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.