REGİONLAR


Sumqayıtda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

Sumqayıt, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC

Mayın 20-də Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Klubunun birgə təşkil etdiyi bədii-əyləncəli tədbirdə şəhərin gənc könüllüləri bir araya gəliblər. Tədbirdə müxtəlif sahələri təmsil edən gənc könüllülərlə yanaşı, hökumət və qeyri-hökumət gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə tədbirdə çıxış edərək ölkəmizdə, o cümlədən Sumqayıtda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, həmçinin şəhərdə gənclərin inkişafı üçün yaradılan hərtərəfli şəraitdən, yeniyetmə və gənclərin bilik və bacarıqlarının dəstəklənməsindən, son illər ərzində inşa olunan müasir tipli obyektlərdən və onların faydalarından danışıblar. Qeyd olunub ki, Baş İdarənin fəaliyyət istiqamətlərindən biri də gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və fəal könüllülərin dəstəklənməsidir.

Tədbirdə Baş İdarə nəzdində fəaliyyət göstərən Gənclər Klubunun fəaliyyətinin bir illiyi münasibətilə İdarə Heyətinin bir qrup üzvü fəxri fərman və hədiyyələrlə təltif edilib.

Sonra Sumqayıt Musiqi Kollecinin tələbələrinin, istedadlı və yaradıcı gənclərin ifasında mahnılar və şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.