SİYASƏT


İtaliyanın “Notizie Geopolitiche” portalında Fuad Muradovun müsahibəsi dərc olunub

Roma, 21 may, AZƏRTAC

İtaliyanın “Notizie Geopolitiche” portalında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsahibəsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, müsahibədə dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız, ayrı-ayrı ölkələrdə Azərbaycan icmaları haqqında söz açan Dövlət Komitəsinin sədri azərbaycanlıların Avropa ölkələrinə inteqrasiyası məsələlərinə də toxunub. Bildirib ki, Azərbaycan dünyəvi, hüquqi, tolerant və multikultural dövlətdir. Azərbaycan xalqı olduqca yüksək qonaqpərvərliyə malikdir. Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bütün bunlar inteqrasiya prosesləri üçün yaxşıdır.

Komitə sədri müsahibəsində müxtəlif səbəblərdən xarici ölkələrə üz tutan soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, öz zəngin milli mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, tarixi vətəninə bağlı olduğunu da vurğulayıb. Həmçinin davamlı olaraq Azərbaycan dilinin yaşadılması, soydaşlarımızın Azərbaycan dilini bilməsi, xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təbliği istiqamətində tədbirlər həyata keçirildiyini qeyd edib.

Fuad Muradov müsahibədə, eyni zamanda, İtaliyadakı Azərbaycan icması, iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsi nəticəsində İtaliya universitetlərində azərbaycanlı tələbələrin sayının artması və digər bu kimi məsələlərə toxunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.