CƏMİYYƏT


Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə pul alan şəxs saxlanılıb VİDEO

Bakı, 22 may, AZƏRTAC

Özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin və 37-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Tural Rəhimli tutularaq istintaqa təqdim edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin şəxsin restoran və ictimai iaşə obyektlərinə zəng edərək özünü yol patrul xidmətinin tağım komandiri vəzifəsində çalışan Nihat və ya Vüqar adlı polis zabiti kimi təqdim etdiyi müəyyən olunub. Sonra o, obyekt sahiblərinə işdən çıxa bilmədiyini və ona təcili pul lazım olduğunu bildirib. Obyektə sürücüsünü göndərəcəyini deyən T.Rəhimli həmin yerlərə yaxınlaşaraq pulları dələduzluq yolu ilə ələ keçirib.

Qeyd olunub ki, saxlanılan şəxsin Xətai rayonunda iki obyekt sahibindən 550 və 200 manat aldığı müəyyənləşdirilib. O, ifadəsində paytaxtın başqa rayonlarında da özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə pul aldığını bildirib.

Faktla Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Həmin şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.