İDMAN


“Advokat” komandası ilk dəfə ölkə kuboku yarışlarının qalibi ola bilər

Bakı, 22 may, AZƏRTAC

Mayın 23-də futzal üzrə Azərbaycan kuboku yarışlarının 2018/2019-cu il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda EKOL və “Advokat” qarşılaşacaqlar.

AZƏRTAC xəbər verir ki, əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə kuboku başı üzərinə qaldırıb. “Araz” 5 dəfə bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 3, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə 2 dəfə kubokun qalibi adına yiyələniblər. Dörd komanda isə bir dəfə belə uğura nail olub. Bunlar “Nabspor”, “Turan AİR”, “Fənər” və “Marafon Futsal” komandalarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.