SİYASƏT


AZƏRTAC "China Daily" qəzetinin fəxri media tərəfdaşı mükafatına layiq görülüb

Pekin, 23 may, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik "China Daily" qəzetinin mükafatına layiq görülüb.

"China Daily" qəzeti ilə son bir ili əhatə edən sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a “Fəxri beynəlxalq media tərəfdaşı-2019” mükafatı təqdim olunub.

Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Ümumi tirajı bir milyon nüsxə olan qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

AZƏRTAC ilə "China Daily" qəzeti arasında əməkdaşlığa dair anlaşma Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində "China Daily" qəzetinin rəhbərliyi ilə görüşündə əldə olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.