ELM VƏ TƏHSİL


Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi araşdırılıb

Bakı, 23 may, AZƏRTAC

“Springer” nəşriyyatında çap olunan “Ekofiziologiya, abiotik stressə davamlılıq və halofitlərin istifadəsi” kitabının bir fəslinin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşlarıdır.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabın “Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi: Azərbaycan” adlı fəsli Botanika İnstitutunun etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva və laboratoriyanın elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümovanın həmmüəllifliyi ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.