DÜNYA


Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Tbilisi, 23 may, AZƏRTAC

Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyəti mayın 23-də Bakıdan Gürcüstan paytaxtı Tbilisiyə gəlib.

AZƏRTAC xəbər verir ki, Van Yi səfər çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş Nazir Mamuka Baxtadze, eləcə də gürcü həmkarı David Zalkaliani ilə görüşəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşlərdə iki ölkə arasında iqtisadi, siyasi, humanitar, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdə “Bir kəmər, bir yol” beynəlxalq təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində olacaq.

Gürcüstanın Çindəki səfiri Arçil Kalandiya jurnalistlərə müsahibəsində deyib ki, Çin Gürcüstanın ən vacib ticarət tərəfdaşlarından biridir. İkitərəfli münasibətlər dinamik inkişaf edir.

Nazir müavini Çin xarici işlər nazirinin Tbilisiyə ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.