Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Sofiya, 24 may, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən bu ölkənin Omurtaq bələdiyyəsinin inzibati ərazisinə daxil olan Obitel kəndində müqəddəs Ramazan ayı münasibətilə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Omurtaq bələdiyyəsinin daxil olduğu Tırqovişte vilayətinin qubernatoru Mitko Staykov, Bolqarıstan Xalq Məclisinin deputatı İmren Mehmedova, Bolqarıstan baş müftisinin müavini Ahmed Hasanov, Omurtaq şəhərinin meri Eşref Eşrefov, Tırqovişte şəhərinin meri Darin Dimitrov, Tırqovişte vilayətinin arxiyepiskopu Stavço Prodanov, Omurtaq şəhərində “Müqəddəs Dmitri kilsəsi”nin keşişi Krasimir Andonov, Tırqovişte vilayətinin müftisi Nazif Rasimov, eləcə də yəhudi icmasının nümayəndələri və yerli kənd sakinləri iştirak ediblər.

“Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayan mərasimə 400-ə yaxın insan qatılıb.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova mərasimdə təkcə İslam deyil, digər dinlərin nümayəndələrini də görməkdən məmnunluğunu ifadə edib. Ölkəmizdə Ramazan ayında müxtəlif din nümayəndələrinin iştirakı ilə iftar süfrələrinin təşkilinin ənənə halını aldığını söyləyən diplomat bu gözəl ənənənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

Səfir bildirib ki, Azərbaycan müstəqil dünyəvi dövlətdir və ölkəmizdə dünyəvi dövlətçiliyin tarixi 100 il bundan əvvələ dayanır. N.Qurbanova bir neçə gün sonra müsəlman və türk dünyasında ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünün qeyd ediləcəyini vurğulayıb.

Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu söyləyən səfir ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olmaqla yanaşı, müsəlman aləmində böyük nüfuza sahib olduğunu qeyd edib. O, dünyada ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidinin məhz Azərbaycanda yerləşdiyini, hazırda ölkəmizdə 2000-dən artıq məscidin fəaliyyət göstərdiyini, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidinin inşa edildiyini diqqətə çatdırıb.

N.Qurbanova ölkəmizin dünyada İslam dəyərlərinin təbliğinə böyük töhfələr verdiyini qeyd edərək 2009-cu ildə Bakının və 2018-ci ildə isə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunmasının bunun bariz sübutu olduğunu bildirib. 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilib və İslam Həmrəyliyi Oyunları keçirilib.

Ölkəmizdə yalnız İslam deyil, digər dinlərin də nümayəndələrinin sərbəst etiqadı üçün şəraitin yaradıldığını vurğulayan səfir tədbir iştirakçılarını əsrlərboyu Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşayaraq ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini ifadə edib. O, Azərbaycanda məscidlərlə yanaşı, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini, xristian dünyasının ən qədim məbədlərindən hesab olunan və eramızın I əsrinə aid edilən Kiş məbədinin məhz Azərbaycanda yerləşdiyini vurğulayıb. Ölkəmizdə xristianlığın tarixi, demək olar ki, Kiş məbədindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Azərbaycanın 2 min ildir ki, yəhudi icması üçün vətən olduğunu xüsusi vurğulayan N.Qurbanova bir neçə il əvvəl ölkəmizdə Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzinin inşa edildiyini bildirib.

Səfir deyib: “Multikulturalizm sadəcə bizim dövlət siyasətimiz deyil, eyni zamanda, həyat tərzimizdir, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur, ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil olunur”.

Ölkələrimiz arasında münasibətlərə toxunan səfir müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlayış şəraitində birgə yaşadığı dost Bolqarıstanın Azərbaycanda keçirilən forumlarda həmişə ən yüksək səviyyədə iştirak edərək dünyada multikulturalizm və tolerantlığa əhəmiyyətli töhfələr verdiyini vurğulayıb. Diplomat, həmçinin cari ilin noyabr ayında Bakıda Dünya Dini Liderlərinin II Zirvə Görüşünün keçiriləcəyini bildirərək Bolqarıstanın da din xadimlərini də həmin mötəbər tədbirə dəvət edib.

Omurtaq şəhərinin meri E.Eşrefov səfirlik tərəfindən təşkil edilmiş iftar mərasimini yüksək qiymətləndirib, belə bir təşəbbüsün məhz Obitel kəndində həyata keçirilməsindən məmnunluğunu bildirib və təşəkkürünü ifadə edib. Səfirliyin təkcə paytaxt Sofiya ilə deyil, bölgələr ilə əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edən mer bu əlaqələrin davamlı olacağına inamını bildirib və kənd sakinlərinin böyük həvəslə tədbirə qatıldığını əlavə edib.

Daha sonra çıxış edən Bolqarıstan baş müftisinin müavini A.Hasanov və Tırqovişte vilayətinin müftisi N.Rasimov iftar süfrəsinin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər və müqəddəs Ramazan ayının insanlara sülh, şəfqət və xeyirxahlıq aşıladığını bildiriblər.

Tədbirdə yalnız müsəlmanların deyil, digər dinlərin də nümayəndələrinin təmsil olunmasının əhəmiyyətinə toxunan din xadimləri bunun müxtəlif dinlər arasında hörmət və birlik rəmzi olduğunu vurğulayıblar. Həmçinin hər il Bolqarıstanın Prezidenti Rumen Radev tərəfindən də mübarək Ramazan ayında iftar mərasimlərinin təşkil edildiyini söyləyiblər.

Tədbirdə qonaqlara yerli yeməklərlə yanaşı, Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunub. Mərasim Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb