CƏMİYYƏT


Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib

Qars, 24 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü və diplomatik xidmət orqanlarımızın 100 illik yubileyi münasibətilə Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib.

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən aksiyanın iştirakçıları şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkında olublar.

Qars vilayətinin müxtəlif yerlərində Azərbaycanın və Türkiyənin dövlət bayraqları asılıb. On metr uzunluğunda olan qoşa bayrağı başlarının üzərinə qaldıran aksiya iştirakçıları xalqlarımızın, ölkələrimizin birliyinə və qardaşlığına dair şüarlar səsləndiriblər.

Aksiyada diplomatlar, yerli ictimaiyyətin nümayəndələri, o cümlədən müəllimlər və tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.