DÜNYA


Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

Lyon, 25 may, AZƏRTAC

Lyon şəhərində partlayış nəticəsində 13 nəfərin yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, terror törətməkdə şübhəli bilinən şəxsin fotosu polis tərəfindən yayılıb.

Həmin şəxsin velosipedlə çörək mağazanın qarşısına gəldiyi, çemodanı yerə qoyduğu və uzaqlaşandan sonra həmin çemodanın partladığı kameralarda qeydə alınıb.

Polis həmin şəxsin təhlükəli olduğunu bildirərək, insanları ehtiyatlı olmağa, onu gördükləri halda polisə zəng etməyə çağırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lyon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.