İDMAN
Xüsusi olimpiyaçı qızlar arasında atletika üzrə respublika çempionatının qalibləri müəyyənləşib
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə qızlar arasında atletika üzrə respublika seçmə yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə 50 metr məsafəyə qaçış yarışlarında qaliblər müəyyənləşib. Birinci divizionda Həbibə İmamquliyeva (Sabunçu rayonu 309 saylı inklüziv sinifli tam orta məktəb), ikinci divizionda Nigar Mustafayeva (Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi), üçüncü divizionda isə Nərgiz Əhmədova (Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi) qalib olublar.
Qalib və mükafatçılara medal və diplomlar təqdim edilib.