DÜNYA
ABŞ Prezidenti Yaponiyaya dördgünlük dövlət səfərinə gəlib
Tokio, 25 may, AZƏRTAC
Mayın 25-də ABŞ Prezidenti Donald Tramp Yaponiyaya dördgünlük dövlət səfərinə gəlib.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidentinin Haneda aeroportunda qarşılanma mərasimi NHK telekanalı ilə birbaşa yayımla nümayiş olunub.
D.Trampla birlikdə onun həyat yoldaşı Melaniya da Tokioya gəlib.
ABŞ Prezidenti səfər çərçivəsində İmperator Naruhito və Baş Nazir Şinzo Abe ilə görüşəcək, sumo üzrə yarışları izləyəcək, ABŞ hərbi bazasına baş çəkəcək, həmçinin “Robatayaki” ənənəvi yapon restoranında müştərilərin gözü önündə köz üstündə bişirilən delikateslərin dadına baxacaq.
D.Tramp İmperator Naruhito taxta çıxdıqdan sonra onunla görüşən ilk əcnəbi lider olacaq.
Xatırladaq ki, mayın 1-də İmperator Naruhito taxta çıxdıqdan sonra Yaponiyada yeni Reiva dövrü başlanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:12]
Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]
Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
- 18.04.2024 [13:44]