CƏMİYYƏT


Xanımlar üçün marketinq təlimi təşkil edilib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən xanımlar üçün ödənişsiz marketinq təlimi təşkil olunub.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, 25 nəfərin iştirak etdiyi təlim “Media Marketing” şirkətinin nümayəndəsi Alxan Xələfov tərəfindən keçirilib. Təlimdə iştirakçılara marketinq, qiymət siyasəti, brendinq, strategiya, reklam və internet marketinq haqqında məlumatlar verilib. İştirakçılara sertifikat təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.