SİYASƏT


Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək

Bakı, 25 may, AZƏRTAC 

Milli Məclisin deputatı Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün mayın 30-dək Parisdə səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda yeni media mühitində media təhsili, rəqəmsal erada təhsilin rolu, texnologiyada və elmdə sürətli inkişafın etik aspektləri, yəhudi mədəni irsinin qorunması, Avropada universitetlərə muxtariyyətin və akademik azadlığın verilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Deputat müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.