REGİONLAR


“Azərişıq” şimal regionunda güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür

Bakı, 25 may, AZƏRTAC

Şimal regionunda hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq mayın 25-də axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Quba, Qusar və Xaçmaz rayonlarında regional enerji təchizatı idarələri, şəhər və rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

“Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkəboyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problem yaranarsa istehlakçılardan 199 Çağrı mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən, harada problem yaranarsa “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.