DÜNYA


Latviyada Avropa Parlamentinə seçkilər başa çatıb

Riqa, 26 may, AZƏRTAC

Latviyada Avropa Parlamentinə keçirilən seçkilər başa çatıb.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər 7:00-da açılan məntəqələr saat 20:00-da bağlanılıb. Seçkilərin nəticələrinin Avropa İttifaqına (Aİ) üzv ölkələrdə səsvermələrin tam başa çatmasından sonra elan ediləcəyi bildirilib. Səsvermədən sonra keçirilən mətbuat konfransında seçkilərin insidentsiz başa çatdığı qeyd olunub.

Qeyd edək ki, mayın 23-26-sı tarixlərində Aİ-yə üzv ölkələrdə Avropa Parlamentinə seçkilər keçirilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.