REGİONLAR


Cəlilabadda yetişdirilən çiyələk xarici ölkələrə ixrac edilir

Cəlilabad, 27 may, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Cəlilabad rayonunda açıq havada yetişdirilmiş çiyələk yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il əkin dövründə havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib.

Məhsul istehsalçıları yetişdirdikləri məhsulu yerli bazarlarda satmaqla yanaşı, Rusiyaya və ərəb ölkələrinə ixrac edirlər.

Beş ildir ki, rayonda İspaniyadan gətirilmiş yeni növ çiyələk əkilir. Nəticədə, çiyələyin məhsuldarlığı iki dəfədən çox artıb.

Yerli bazarlarda çiyələyin bir kiloqramı 0,50-1 manata satılır.

Rayonda yeni inşa edilmiş soyuducu anbar 130 tondan çox çiyələk məhsulunun ixrac imkanlarını artırıb. Fermerlər müqavilə əsasında Dubaya, Küveytə 10 tonlarla çiyələk məhsulu ixrac ediblər.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 500 hektarda çiyələk əkilib. Hər hektardan 200 sentner məhsulun götürülməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.