DÜNYA
Avropa Parlamentində Almaniyanın hansı partiyaları təmsil olunacaqlar?
Berlin, 27 may, AZƏRTAC
“Infratest Dimap” sosioloji xidməti dünən Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.
AZƏRTAC bu xidmətin məlumatına istinadla xəbər verir ki, XDİ/XSİ bloku (Almaniyada sağ mərkəzçi siyasi partiyalar bloku) səslərin 28,8 faizini toplayıb. İkinci yerdə 20,6 faizlə “İttifaq-90/Yaşıllar” Partiyasının namizədləri, üçüncü yerdə isə 15,5 faiz səslə Almaniya Sosial-Demokrat Partiyasıdır (ASDP). Sonrakı yerlərdə 10,8 faizlə “Almaniya üçün Alternativ” Partiyası, 5,4 faiz səslə Azad Demokratik Partiya (ADR) və eynilə 5,4 faizlə “Sol Partiya” qərarlaşıblar.
XDİ/XSİ və ASDP partiyalarından olan namizədlər ötənilki seçkilərlə müqayisədə itkiyə məruz qalıblar. O zaman bu partiyalar müvafiq olaraq, 35,3 və 27,2 faiz səs toplamışdılar. “İttifaq-90/Yaşıllar” Partiyasının namizədləri isə göstəricilərini yaxşılaşdırıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin