Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ukraynaya press-tur çərçivəsində Aİ və IFC nümayəndələri Şərq tərəfdaşlığı ölkələrindən olan jurnalistlər üçün brifinq keçiriblər

Kiyev, 12 iyun, Ruslan Manafov, AZƏRTAC

“OPEN EU Neighbours East” layihəsinin tərkib hissəsi olan "EU4Energy” kommunikasiya layihəsi çərçivəsində Şərq Tərəfdaşlığına üzv altı ölkəni təmsil edən jurnalistlər üçün təşkil edilmiş Ukraynaya press-turun ikinci günündə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri Kiyevdəki “Holiday İnn” otelində brifinq keçiriblər.

AZƏRTAC xəbər verir ki, IFC brifinqinin spikerləri Beynəlxalq Maliyyə Korporasiyasının Ukraynadakı nümayəndəliyinin rəhbəri Yelena Voloşina və IFC-nin “Ukraynada enerji effektivliyi” proqramının rəhbəri May Nquyen olub.

Beynəlxalq Maliyyə Korporasiyasının Ukraynadakı nümayəndəliyinin rəhbəri Yelena Voloşina brifinqdə çıxış edərək bildirib ki, bu ölkədə enerji effektivliyi məsələsi ilk dəfə 2009-cu ildə yaranıb. Əvvəlcə bu məsələ məqsədəuyğunluq və rentabellik mülahizələrinə görə deyil, zamanın tələbi kimi ortaya çıxmışdı. Y.Voloşina deyib: “Həmin dövrdə Ukrayna ev təsərrüfatları səviyyəsində təqribən 50 faiz və üstəlik, istilik mənbəyindən ev təsərrüfatlarına çatdırılma prosesində daha bir neçə faiz istilik itirilirdi. Lakin tariflər bazar tariflərinə yaxınlaşanda hər şey dəyişdi, əhali daha az ödəmək yolları barədə fikirləşməyə başladı”.

Y.Voloşinanın sözlərinə görə, bu gün dövlət sektoru ilə özəl sektorun tərəfdaşlığı sayəsində vəziyyət əsaslı şəkildə dəyişir. O deyib: “Çoxmənzilli Evlərin Mülkiyyətçiləri Birlikləri (ÇEMB) yaranıb. Bu hüquqi şəxslər, ilk növbədə, öz mənzillərinin enerji effektivliyinin qeydinə qalır, itkilərə yol vermədən bilavasitə istifadə olunmuş istiliyə görə ödəniş etməkdə maraqlıdırlar. İlk vaxtlar “İsti kreditlər” adlı layihə həyata keçirildi. O vaxt Ukrayna hökuməti avropalı və beynəlxalq donorlarla, Avropa İttifaqı, Beynəlxalq Maliyyə Korporasiyası və banklarla birlikdə çoxmənzilli evlərin sakinlərinə öz mənzillərini kreditlər vasitəsilə qızdırmaq, pəncərələri dəyişmək məsələlərində kömək edirdi. Nəticədə istilikdən daha səmərəli istifadə edilməyə başlandı. Bu, ölkədə ÇEMB üçün etibarlı tərəfdaşa çevrilməli olan Ukrayna Enerji Effektivliyi Fondunun yaradılması yolunda ilk addım idi”.

IFC-nin “Ukraynada enerji effektivliyi” proqramının rəhbəri May Nquyen qeyd etdi ki, “İsti kreditlər” proqramı, obrazlı şəkildə desək, mövcud binaya bir növ əlavə, Enerji Effektivliyi Fondu isə tikilməkdə olan tamamilə yeni binadır. May Nquyen vurğulayıb: “İndi bizim tikdiyimiz bu bina Ukrayna üçün yeni vasitədir. Ümidvaram ki, sentyabrın əvvəlində Fond fəaliyyətə başlayacaq. Başqa ölkələrdə bu cür işlərə təxminən 4-5 il vaxt sərf olunurdu, Ukraynada isə bu proses sürətlə inkişaf edir”.

Elə həmin gün Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin birinci müşaviri və əməliyyat şöbəsinin rəhbəri Yohannes Bauerin iştirakı ilə jurnalistlər üçün brifinq keçirildi.

Y.Bauerin sözlərinə görə, Ukrayna əhalinin hər nəfərinə istehlak edilən enerjinin miqdarına görə dünyada ilk yeri tutan ölkələrdən biridir. O, fikrini izah edərək deyib: “Çox güman ki, bu vəziyyət sovet dövründən qalma mirasdır və son 25 ildə enerji effektivliyinə sərmayə qoyulmamasının nəticəsidir. Son 4-5 ildə vəziyyət bir qədər dəyişib. Maydanda baş verən hadisələrdən, Ukraynanın Avropa bazarlarına üz tutmasından, Avropanın enerji bazarına inteqrasiyasından sonra müəyyən dəyişikliklər müşahidə olunur. Buna görə də enerji effektivliyi məsələsi Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsi və Rusiya Federasiyasından alınan təbii qazdan asılılıq səviyyəsinin azaldılması baxımından son dərəcə mühüm məsələdir”.

Y.Bauer qeyd edib ki, bu məsələnin sosial tərəfi də var, çünki son bir neçə ildə əhali üçün enerji resurslarının qiyməti xeyli artıb. Aİ nümayəndəsi deyib: “Təbii ki, bir mühüm komponenti - ətraf mühitin qorunması və iqlim dəyişmələrinə qarşı mübarizə məsələsini də unutmaq olmaz, çünki məhz enerji effektivliyi hesabına atmosferə karbon qazı və digər zərərli tullantılar atılmasını xeyli azaltmaq mümkündür. Deməli, bu, həm də bizim vəzifəmizdir”.

Y.Bauer sözünə davam edərək deyib: “Bəs Avropa İttifaqı Ukraynada enerji baxımından effektiv texnologiyaların tətbiqini dəstəkləmək üçün nə edir? Əlbəttə, birinci komponent Aİ ilə Ukrayna arasında assosiasiya barədə saziş imzalanmasıdır. Bu saziş çərçivəsində həm enerji effektivliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilməsi, həm də Aİ-də qüvvədə olan standartların Ukraynada tətbiq edilməsi nəzərdə tutulur. Ukrayna assosiasiya haqqında saziş çərçivəsində yaşayış binaları tikintisinə dair standartları tətbiq etməlidir. Binaların enerji effektivliyi bizim saziş çərçivəsində Ukraynada qəbul edilməli standartlardan biridir”.

Onun sözlərinə görə, son iki ildə Ukraynada bu sahədə xeyli irəliləyiş olub. Y.Bauer deyib: “Bu iş çərçivəsində Ukrayna bir sıra mühüm qanunlar qəbul edib. Məsələn, binaların enerji effektivliyi haqqında, həmçinin həmin binalarda istehlak edilən istiliyin ölçülməsi barədə qanunlar bu qəbildəndir. Ümumiyyətlə, o cümlədən kommersiya sektorunda istehlakın ölçülməsi sistemi xeyli inkişaf edib, özü də bu sözlər təkcə istiliyə deyil, elektrik enerjisinə, qaza da aiddir. Biz öz tərəfimizdən bu qanun layihələrinin işlənib hazırlanmasında və tətbiqində Ukraynaya kömək etmişik”.

Aİ nümayəndəsinin sözlərinə görə, Ukraynada enerji effektivliyinin təmin edilməsi ilə bağlı daha bir layihə həyata keçirilməkdədir. O deyib: “Avropa İttifaqı Ukraynada enerji effektivliyi layihəsinin dəstəklənməsinə 190 milyon avro sərf edib. Bu vəsaitin çox hissəsi - 100 milyon avro keçən il Ukraynada təşkil olunmuş Enerji Effektivliyi Fonduna töhfə edilib. Bu il Həmin Fond işə başlamalıdır. Onun əsas vəzifəsi Ukraynada çoxmənzilli evlərin modernləşdirilməsidir. Təbii ki, bu modernləşdirilmə istehlakın azaldılması üçün enerji baxımından effektiv texnologiyaların tətbiq edilməsini nəzərdə tutur. Elə etmək lazımdır ki, çoxmənzilli evlərdə yaşayan insanlar enerji resursları üçün az ödəsinlər”.

Qeyd edək ki, press-turun üçüncü günündə Şərq tərəfdaşlığı ölkələrindən olan jurnalistlər Lvov və Jovkva şəhərlərinə səfər edəcəklər. Jovkva şəhər sovetində də jurnalistlər üçün brifinq təşkil ediləcək. Bu tədbir çərçivəsində bir sıra müştərək layihələrin təqdimatı keçiriləcək, jurnalistlər modernləşdirilmiş uşaq bağçaları və qazanxanalarla tanış olacaqlar. Press-turda AZƏRTAC-ın nümayəndəsi də iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb