MƏDƏNİYYƏT


Portuqaliyaya turizm üzrə 39 “Oskar” mükafatı təqdim edilib

Lissabon, 12 iyun, AZƏRTAC

Bu il prestijli “World Travel Awards” mükafatının təqdim edilməsi mərasimində Portuqaliya 39 təltifə layiq görülüb. Bu mükafat turizm sahəsində ali təltif sayılır.

AZƏRTAC xəbər verir ki, Lissabon dünyanın bir sıra turizm paytaxtlarını geridə qoyaraq “Ən yaxşı Avropa istiqaməti” nominasiyasında mükafata layiq görülüb. Alqarve regionu və Madeyra adası isə “Ən yaxşı Avropa çimərliyi” kateqoriyasında mükafat alıb.

“World Travel Awards” mükafatı 1993-cü ildə müxtəlif ölkələrdə turizmin rəqabət qabiliyyətini və keyfiyyətini stimullaşdırmaq məqsədilə təsis edilib. Hər il dünyanın aparıcı mərkəzləri bu mükafat uğrunda mübarizə aparır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.