CƏMİYYƏT


Yuxuya getməyə kömək edən qidalar

Bakı, 17 iyun, AZƏRTAC

Diyetoloqlar müəyyən saatlardan sonra yemək vərdişini aradan qaldırmağı məsləhət görürlər, çünki yatmazdan qabaq qida qəbulu müəyyən narahatlığa səbəb olur.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, bəzi qidaların gecə yeyilməsi orqanizmin daha rahat yuxuya getməsini təmin edir. Həmin siyahıya pomidor, zeytun yağı, badam, düyü, kahı, albalı şirəsi, çobanyastığı çayı və bal daxildir.

Çobanyastığı çayının tərkibindəki qliserin maddəsi sinirləri və əzələləri sakitləşdirərək yuxu gətirir. Tərkibində çoxlu antioksidant olan pomidor bədəndə maye yığılması və iltihablaşmanın qarşısını alır, orqanizmdə melatonin sintezini sürətləndirdiyinə görə 1 stəkan albalı şirəsi içmək daha tez yuxuya getməyə kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.