SİYASƏT


Milli Qurtuluş Günü münasibətilə Ukraynada Azərbaycanın təqdimatı keçirilib

Kiyev, 17 iyun, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Water Summer Activity 2019” festivalı çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın təqdimatı baş tutub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən təqdimatda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təqdimatda çıxış edərək ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf strategiyası haqqında məlumat verib. Bildirib ki, Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı, düzgün siyasi və iqtisadi strategiyası nəticəsində ölkəmizin uğurlu gələcəyinin bünövrəsini qoydu. Bunun nəticəsidir ki, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu gün Azərbaycanda milli birlik mövcuddur. Bütün bunlar ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Ümummilli Liderin siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Səfir çıxışında, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də danışıb.

Təqdimat zamanı qonaqlar Azərbaycanın milli musiqisi və mətbəxi ilə tanış olublar. Azərbaycanlı aşpaz Günay Hüseynovanın təqdim etdiyi dolma, şah plov, qutab, paxlava, şəkərbura iştirakçıların zövqünü oxşayıb. G.Hüseynova tədbir ərəfəsində milli yeməklərin hazırlanmasına dair ustad dərsi keçib.

Tədbirdə İrəvan xanlığı və Qarabağ haqqında kitablar təqdim edilib, azərbaycanlı rəssam Əsgər Cavadovun əsərləri nümayiş olunub.

Təqdimatdan sonra səfir yerli kanallara müsahibə verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.