DÜNYA
İtaliyada yerləşdiriləcək superkompüter Leonardo da Vinçinin adını daşıyacaq
Roma, 18 iyun, AZƏRTAC
İtaliyada yerləşdiriləcək gələcəyin superkompüteri intibah dövrünün dahi rəssamı Leonardo da Vinçinin adını daşıyacaq.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təhsil və Elmi Araşdırmalar Nazirliyi məlumat yayıb.
Ölkənin təhsil və elmi araşdırmalar naziri Marko Busetti bildirib ki, İtaliyada yüksək effektli hesablama üzrə süperkompüter Avropa Komitəsi (EuroHPC) tərəfindən seçilib. Onun sözlərinə görə, superkompüter saniyədə inanılmaz sayda əməliyyatlar yerinə yetirəcək. Yeni superkompüter Bolonyada yerləşdiriləcək.
“Superkompüterin bizə həvalə edilməsi ölkəmiz adına qürurverici hissdir. Bu strateji bir təşəbbüsdür və inkişafın, eyni zamanda innovasiyanın təkanverici qüvvəsi olacaq. Yeni kompüter bütün araşdırma sahələrində tətbiq olunacaq”, – deyə Marko Bussetti vurğulayıb.
Qeyd edək ki, 120 milyon avro dəyərində olan kompüterin 2020-ci ildə hazır olacağı gözlənilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]