DÜNYA


Misirin sabiq prezidentinin ölüm səbəbi məlum olub

Qahirə, 18 iyun, AZƏRTAC

Misirin keçmiş prezidenti Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, 67 yaşlı Məhəmməd Mürsi kəskin ürək çatışmazlığından vəfat edib. Həkimlərin sözlərinə görə, Mürsi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Mürsi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. O əvvəlcə huşunu itirib və özünə gəlmədən keçinib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.