MƏDƏNİYYƏT


Fransanın tanınmış fleyta ifaçısının balaban sevgisi onu Bakıya gətirib

Bakı, 18 iyun, AZƏRTAC

Tanınmış fleyta ifaçısı Sylvain Barou balaban musiqi alətində ifa etməyi öyrənmək üçün Azərbaycana gəlib. Onu Fransanın Normandiya əyalətindən Bakıya gətirən səbəb balaban alətinin sirlərinə dərindən yiyələnmək arzusudur.

AZƏRTAC xəbər verir ki, tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərovun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizə gələn fransalı musiqiçi yerli telekanallardan birinin qonağı olub. O, milli musiqimizə olan marağından danışıb, Bakı və mətbəximiz haqda təəssüratlarını bölüşüb. Fürsətdən yararlanan musiqiçi televiziya tamaşaçıları üçün canlı ifa da nümayiş etdirib.

O deyib: “Balabana marağım Alim Qasımovun ifasına qulaq asdıqdan sonra yaranıb. Sonra bu alətlə yaxından tanış olmaq və peşəkar musiqiçi kimi yetişməyi qərar verdim. Fransada olarkən bu alətin Azərbaycana məxsus olduğunu bilirdim".

Beş gündür Azərbaycanda olan musiqiçi yerli ifaçılarla görüşüb milli musiqimizi dərindən öyrənmək arzusunda olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.