ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universiteti türk sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun könüllüsü İlham Abbasov Türkiyənin ən yaxşı 40 universitetinin siyahısına daxil olan “Cümhuriyyət” Universitetinin beynəlxalq əlaqələr departamentinin müdiri Yunok Şin ilə görüşüb. Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib.

İlham Abbasov görüşdə xanım Yunok Şinə ADU-da çinşünaslıq ixtisasında təhsil və elmin uğurlu inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, ADU-nun Konfutsi İnstitutunun tədris və ictimai təbliğatı barədə ətraflı məlumat verib.

Yunok Şinə ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı istiqamətində həyata keçirdiyi çoxtərəfli fəaliyyətinə həsr olunmuş Azərbaycan və Çin dilində “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” və “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabları hədiyyə edilib.

Rafiq Abbasov görüşlə bağlı bildirib ki, Çin dili və mədəniyyəti mərkəzləri ilə türk mərkəzlərinin əməkdaşlığı köçəri türklərin Çinlə münasibətləri, türk sivilizasiyasının Çin mədəniyyətinə təsiri, Çinin “Bir kəmər, bir yol” konsepsiyasının reallaşdırılması mövzularında birgə elmi araşdırmalar aparılması baxımından xüsusi əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.