İDMAN


Vəkillər arasında şahmat yarışı keçirilib

Bakı, 18 iyun, AZƏRTAC

Vəkillər Kollegiyasının “Vəkil klubu” tərəfindən Sumqayıt Şahmat Məktəbində 15 iyun - Milli Qurtuluş Günü və Azərbaycanda vəkilliyin 100 illiyi münasibətilə şahmat yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə 28 vəkil və vəkilliyə namizəd mübarizə aparıb. Yarışda Əkrəm Həsənov (“Əkrəm Həsənov və partnyorları” vəkil bürosu), Pənah Məmmədov (“Femida” vəkil bürosu), Aydın Ələkbərov (Bakı şəhəri 8 saylı vəkil bürosu), Rahim Alışov (Bakı şəhəri 6 saylı vəkil bürosu), Namiq Mustafayev (Bakı şəhəri 8 saylı vəkil bürosu), Elşən Səfərov (“Femida” vəkil bürosu), Camal Əliyev (Gəncə şəhər vəkil bürosu) fərqləniblər.

Turnirdə fərqlənənlərə pul mükafatları, fəxri fərmanlar və diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.