İDMAN


Qadın güləşçilərimizin Minskdə təlim-məşq toplanışı davam edir

Bakı, 18 iyun, AZƏRTAC

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Belarusda təlim-məşq toplanışını davam etdirir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, bu, iyunun 8-dən Minskdə hazırlıqlara başlayan millimizin II Avropa Oyunlarından əvvəl sonuncu təlim-məşq toplanışıdır. Baş məşqçi Aslan Ağayevin və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi ilə keçirilən məşqlər əsasən taktiki-texniki hazırlıq üzərində qurulub.

Təlim-məşq toplanışı yerli komanda ilə birgə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.