DÜNYA


Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbərliyinə namizədlər debata çıxıblar

London, 19 iyun, AZƏRTAC

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbərliyinə və Baş Nazir postuna namizədlər “BBC One” kanalında debatda iştirak ediblər.

Bir saat davam edən müzakirələr əsnasında, beş namizəd Brexitin həll edilməsi, Aİ-dən ayrılandan sonra vergi kəsintiləri və dövlət xərclərinin artırılması, iqlim dəyişikliyi, İslamafobiya haqqında fikirlərini açıqlayıblar.

Çərşənbə və cümə günləri keçirilməli olan səsvermədən sonra namizədlərin sayı 2-yə düşəcək.

Qeyd edək ki, iyulun 22-də elan ediləcək yeni partiya lideri, həmçinin İngiltərənin yeni Baş Naziri olacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.