İQTİSADİYYAT


Sahibkarların vergi və sosial ödənişlərlə bağlı rüblük hesabatları vahid formada birləşdiriləcək

Bakı, 19 iyun, AZƏRTAC 

Sahibkarların vergi və sosial ödənişlərlə bağlı rüblük hesabatları vahid formada birləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, artıq muzdlu işlə bağlı gəlir vergisi bəyannaməsi, məcburi dövlət sosial sığortası bəyannaməsi, işsizlikdən sığorta üzrə hesabatlar vahid formada birləşdirilərək sahibkarların istifadəsinə veriləcək.

"Düşünürük ki, bu xüsusi standart “Excel” forması olacaq. Həmin sənədi doldurarkən sistemə import edildikdə hər 4 bəyannamənin tələbləri vahid sənəddə müvafiq bölmələrdə doldurulacaq", - deyə o bildirib.

N.Şirinov əlavə edib ki, bu yenilik həm ölkəmizin "Doing Business" hesabatlarında irəli getməsinə, həm də sahibkarların işini rahatlaşdırmaqda xeyli kömək göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.