DÜNYA


Özbəkistan hökuməti Rusiyada çətin vəziyyətə düşən vətəndaşlarını geri qaytarıb

Daşkənd, 20 iyun, АZƏRTAC

Özbəkistan hökuməti keçən ilin sonundan bu günədək Rusiyaya gedən, lakin sənədlərini itirən, iş tapa bilməyən və çətin vəziyyətə düşən 950 vətəndaşını geri qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın məşğulluq və əmək naziri Şerzod Kudbiev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Rusiya tərəfi ilə 1500 özbək miqrantın ölkəyə gətirilməsi barədə razılıq əldə edilib. “Onlar müvəqqəti saxlama məntəqələrində qalırlar və Özbəkistana qayıtmaq üçün vəsaitləri belə yoxdur. Ona görə də biz bu addımı atmağa məcbur olduq. Digər miqrantların ölkəyə gətirilməsi, onların sənədlərinin düzəldilməsi istiqamətində iş aparılır”, - deyə nazir əlavə edib.

Rəsmi məlumatlara görə, 33 milyon əhalisi olan Özbəkistanın xarici ölkələrdə 2,3 milyon, Rusiyada isə 1 milyon vətəndaşı çalışır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.