DÜNYA


Rusiyada 70 karat çəkidə olan almaz daşına “Saxalin” adı verilib

Moskva, 20 iyun, AZƏRTAC

Rusiyada 70 karat çəkidə olan almaz nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Qiymətli Metal və Daşlar Fondunun Formalaşdırılması İdarəsi 70 karat çəkidə olan almaz daşını Saxalin adasının şərəfinə adlandırıb. Çəkisi Saxalinin ərazisinə (76 min kvadratkilometr) uyğun olan qiymətli daşa adanın adı verilib. Saxalində keçirilən sərgidə təqdim olunmuş qiymətli daş Rusiya Almaz Fondunda saxlanılacaq.

Qeyd edək ki, dünyada 20 karatdan artıq çəkisi olan iri almaz daşlarına adlar verilməsi ənənəsi mövcuddur. Rusiya Almaz Fondunda saxlanılan ən böyük almaz daşının çəkisi 342,57 karatdır. 1980-ci ildə tapılan daşa “Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayı” adı verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.