İDMAN


Yelkənli İdman Federasiyası optimist sinfi üzrə “Yay məktəbi 2019” layihəsinə start verib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Yelkənli İdman Federasiyası optimist sinfi üzrə “Yay məktəbi 2019” layihəsinə start verib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, bu sinif üzrə qəbul üçün qeydiyyat artıq başlayıb. Qeydiyyat zamanı 7–14 yaşlı uşaqların sağlamlığı, bacarıq və qabiliyyətləri nəzərə alınır. Hər dövr üçün kursa 10–15 nəfərin seçilməsi nəzərdə tutulub. Qeydiyyat və seçimlər bütün kurs dövründə üç mərhələdə aparılacaq. Mərhələlər müvafiq olaraq, iyulun 1–14-də, iyulun 22-dən avqustun 4-dək və avqustun 5–18-də keçiriləcək.

Yelkənli idman növünə kütləvi maraq və istəyi təmin etmək məqsədilə təşkil olunan “Yay məktəbi”nin reallaşdırılması Azərbaycanda bu idman üzrə peşəkar idmançıların yetişdirilməsinə, yelkənli idmana sevginin aşılanmasına xidmət edir.

Ətraflı məlumat almaq üçün həftə içi saat 9:00–dan 18:00-dək 012 493 73 29, 077 497 44 05 nömrələri ilə əlaqə saxlamaq lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.