CƏMİYYƏT


Romada FAO-nun 41-ci sessiyası keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 22-29-da Romada Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 41-ci sessiyası keçiriləcək.

AZƏRTAC FAO-nun saytına istinadla bildirir ki, sessiya iştirakçıları ərzaq və kənd təsərrüfatı sahəsində vəziyyəti, miqrasiya, kənd rayonlarının inkişafı məsələlərini müzakirə edəcəklər. Sessiyanın gündəliyinə 2018-2021-ci illər üçün orta statistik planın və 2020-2021ci illər üçün fəaliyyət proqramının və büdcənin müzakirəsi daxil edilib.

Sessiyada FAO-nun növbəti baş direktoru seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.