REGİONLAR


Biləsuvarda taxıl zəmilərindən 94 min tondan çox məhsul yığılıb

Biləsuvar, 24 iyun, Mahir Babayev, AZƏRTAC

Biləsuvarın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 28 min 611 hektar sahədə taxıl əkilib, bunun da 14 min 900 hektarını arpa, 13 min 713 hektarını isə buğda sahəsi təşkil edib. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 94 min 167 ton məhsul toplayıblar. Yığılmış məhsulun 48 min 167 tonu buğda, 46 min 114 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan 33,3 sentner məhsul yığılıb ki, bu da ötən illə müqayisədə 5 sentner çoxdur.

Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Torpaq mülkiyyətçisi Şakir Soltanov becərdiyi 50 hektar taxıl sahəsinin hər hektarından 43 sentner məhsul götürərək digər əkinçilərdən fərqlənib.

Qeyd edək ki, ötən il biləsuvarlı taxılçılar 29 min 683 hektar sahədə taxıl becərib və 85 min ton məhsul yığıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.