DÜNYA


Papua-Yeni Qvineyada əhali vulkan püskürən ərazidən təxliyə edilib

Tokio, 27 iyun, AZƏRTAC

Papua-Yeni Qvineyanın hakimiyyət orqanları ölkənin şərqində Ulavun vulkanının püskürdüyü rayondan 5 min əhalinin təxliyəsini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə xilasetmə əməliyyatının təşkilatçıları məlumat yayıblar.

“Təxliyə zamanı əsas çətinlik nəqliyyat vasitələrinin çatışmazlığında idi. Artıq insanlar təhlükəsiz yerdədirlər, lakin onları su və ərzaq ehtiyatı ilə təchiz etmək lazımdır”, - deyə xilasedicilər bildiriblər.

Qeyd edilir ki, püskürmə nəticəsində artıq lava yerin üstünə qalxıb. Hadisənin baş verdiyi ərazi üzərindən uçuşlar dayandırılıb.

Xatırladaq ki, Ulavun vulkanı iyunun 26-da püskürüb. Nəticədə atmosferə 13 kilometr hündürlükdə kül dumanı yayılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.