DÜNYA


Air India şirkətinin təyyarəsi bomba təhlükəsi ucbatından məcburi eniş edib

Bakı, 27 iyun, AZƏRTAC

Air India şirkətinə məxsus Boeing 777-337 təyyarəsi bomba təhlükəsi ucbatından Böyük Britaniyada məcburi eniş edib.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, sərnişin təyyarəsinin göyərtəsində bomba olduğu barədə məlumat alan ekipaj Londonun Stansted aeroportuna enib. Təyyarə Hindistanın Mumbai və ABŞ-ın Nyuark şəhərləri arasında uçuş həyata keçirirdi. Air India şirkəti hazırda sərnişinlərin təxliyə edildiyini və təyyarədə axtarış aparıldığını bəyan edib. Axtarışın nəticələri barədə əlavə məlumat veriləcək.

Londonun Stansted aeroportundan yayılan bəyanatda yoxlamalar aparıldıqdan sonra təyyarənin yola salınacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.