İQTİSADİYYAT
Nazirlik: Altı ayda Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb
Bakı, 12 iyul, AZƏRTAC
Bu ilin ilk yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevralda 261, martda 148, apreldə 179, mayda 200, iyunda isə 159 olub.
Hesabat dövründə qəbul edilmiş müraciətlərdən 1148-nin icrası təmin olunub, 26 müraciət isə təqdim olunmuş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib.
Ümumilikdə yanvar-iyun aylarında Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 19122,5 kilovat güc sifariş edilib və 3399680,01 AZN qoşulma haqqı ödənilib.
Bu dövrdə daxil olmuş bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]